Rusiya respublika ərazisində taktiki nüvə silahı yerləşdirən kimi “qonşularımız qanadlarını aşağı salıblar”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
Lukaşenko yeni nəslin siyasətçilərinin belə silahlardan istifadə etmək barədə düşünməyə məcbur olmayacağına ümid etdiyini xüsusi vurğulayıb
“Belarusda nüvə silahı peyda olan kimi bəziləri bütün qanadlarını aşağı saldı. Baxmayaraq ki, Allah təkcə məni yox, yeni nəslin siyasətçilərini də nüvə silahından istifadə etmək barədə düşündürməsin. Bu, dəhşətli silahdır”, - açıqlamada deyilib.
QAZİLER.AZ