Politoloq İran-Pakistan münaqişəsinin region üçün təhlükəsindən danışıb

Politoloq İran-Pakistan münaqişəsinin region üçün təhlükəsindən danışıb backend

İran və Pakistan arasındakı münaqişə lokal toqquşmalar dalğasına səbəb ola bilər və bütün region üçün təhlükəlidir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu fikri  yanvarın 19-da politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bildirib.

Şərqşünasın fikrincə, İslamabadla Tehran arasında münaqişə İsraillə HƏMAS arasında gedən müharibə səbəbindən yaranıb. O hesab edir ki, ABŞ Pakistanın köməyi ilə İranın Qəzza zolağından radikallara dəstək verməsinin qarşısını almaq istəyir.

O, etiraf edib ki, bu, amerikalıların İranın hərəkətlərini əngəlləmək cəhdləri ilə bağlıdır və "bu, Hizbullahın İsrailə qarşı hərəkətlərinə yaşıl işıq yandıra bilər, çünki bu, çox ciddi hərbi təşkilat və ciddi siyasi qüvvədir".

Tarasov hesab edir ki, münaqişələr qonşu ölkələrdə də yarana bilər. O qeyd edib ki, hazırda Yaxın Şərqdə sabit siyasi sistemə malik bir ölkə yoxdur.

QAZİLER.AZ

Diaspora