“Astana prosesi” çərçivəsində Suriya üzrə danışıqlar yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan parlamentinin iclasında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Astana” formatına Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi Rusiya, İran və Türkiyə daxildir. Müşahidəçi ölkələr İordaniya, Livan və İraqdır. Danışıqlarda Suriya hökuməti və müxalifəti və BMT nümayəndələri də iştirak edir.
QAZİLER.AZ