Avropalılar Rusiya Federasiyası ilə müharibəyə hazır olmalıdırlar.
Qaziler.az bildirir ki, bunu NATO-nun hərbi komitəsinin sədri admiral Rob Bauer deyib.
Onun dediyinə görə, mülki əhali yaxın 20 ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmalıdır. Bu barədə yanvarın 18-də “The Telegraph” nəşri məlumat yayıb.
“Biz bütün spektrdə daha hazırlıqlı olmalıyıq. Müharibə başlasa da, başlamasa da, müharibə vəziyyətində daha çox insan tapmaq üçün bir sistemə sahib olmalıyıq. Sonra səfərbərlik, ehtiyatda olanlar və ya hərbi xidmətə çağırış haqqında danışmaq olar”, - Bauer bildirib.
Onun sözlərinə görə, Rusiya ilə mümkün münaqişə mülki əhalinin həyatında əsaslı dəyişikliklər tələb edəcək. "Müharibə başlayarsa, çoxlu sayda mülki vətəndaş səfərbər edilməli və hökumətlər prosesi idarə etmək üçün sistemlər yaratmalı olacaqlar", o, Brüsseldə NATO-nun müdafiə rəhbərlərinin görüşündən sonra jurnalistlərə bildirib.
QAZİLER.AZ