Yəməndə husilər Amerikanın "Chem Ranger" gəmisinə ballistik raketlər atıblar. Bu, son üç gündə Qırmızı dənizdə ticarət gəmisinə törədilən üçüncü terror hücumudir.
Qaziler.az bildirir ki, bu barədə CENTCOM-un bəyanatında deyilir.
ABŞ Mərkəzi Komandanlığı qeyd edir ki, yanvarın 18-də axşam İranın dəstəklədiyi husilər ABŞ-a məxsus Marşal adaları bayraqlı Chem Ranger-ə gəmi əleyhinə iki ballistik raket atıblar.
Bunun Husi terrorçularının son üç gündə ticarət gəmisinə üçüncü hücumu olduğu bildirilir. Ekipaj raketlərin gəminin yaxınlığında suya düşməsini izləyib. Xəsarət alanlar və gəmiyə ziyan dəyməsi barədə məlumat verilməyib.
QAZİLER.AZ
Third Houthi Terrorists Attack on Commercial Shipping Vessel in Three Days
— U.S. Central Command (@CENTCOM) January 19, 2024
On Jan. 18 at approximately 9 p.m. (Sanaa time), Iranian-backed Houthi terrorists launched two anti-ship ballistic missiles at M/V Chem Ranger, a Marshall Island-flagged, U.S.-Owned, Greek-operated tanker… pic.twitter.com/moBkH0Al5B