Qadın məktəbli qızı son anda hərəkətdə olan qatarın altından xilas etdi - VİDEO

Qadın məktəbli qızı son anda hərəkətdə olan qatarın altından xilas etdi - VİDEO backend

Uşaqların az qala qatarın altında qaldığı dəhşətli kadr Rusiyanın Çelyabinsk vilayətində görüntüyə alınıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.

Qatar dəmir yolu üzərindəki piyada keçidini bağlayaraq yarım saatlıq fasilə edib. Kadrlardan da görünür ki, həmin əraziyə məktəblilər də olmaqla çox adam toplaşıb. Gözləməkdən yorulan uşaqlar vaqonların arasından keçmək qərarına gəliblər. Təsadüf nəticəsində elə bu vaxt qatar hərəkətə gəlib - uşaqlardan biri az qala təkərlərin altında qalıb.

Faciənin qarşısını bir saniyənin içində uşağı vaqonun altından çıxaran qadın alıb. Nəticədə məktəbli xəsarət almayıb.

QAZİLER.AZ

Diaspora