Hindistanın qərbində bir qrup məktəblini daşıyan qayığın batması nəticəsində azı 16 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, yanvarın 18-də "Times of India" qəzeti məlumat yayıb.
"14 şagird və iki müəllim Harney gölündə gəzinti zamanı gəminin batması nəticəsində həlak olub", - məlumatda deyilir.
Hadisə zamanı qayıqda ümumilikdə 34 nəfər olub. RT xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
QAZİLER.AZ