Aleksey Navalnı 15 sutka həbs olunub

Aleksey Navalnı 15 sutka həbs olunub backend

Moskvanın Presnya rayon məhkəməsi Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı barəsində mitinqlərin keçirilməsi qaydalarını təkrar pozduğuna görə 15 sutka inzibati həbs qərarı verib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, müxalifətçinin mətbuat katibi Kira Yarmış məhkəmənin qərarına şikayət ediləcəyini bildirib.


Qeyd edək ki, A.Navalnı fevralın 15-də metroda saxlanılıb. Polis Navalnının ictimai asayişi pozduğunu bildirib.

“Mən sadəcə vətəndaşları tədbir haqqında məlumatlandırırdın. Bu mənim planlaşdırılan yürüşdə iştirak etməyimin qarşısını almaq üçün edilib”, deyə Navalnı bildirib.

Qeyd edək ki, Aleksey Navalnı və bir qrup müxalifət fəalları martın 1-də Moskvada “Yaz” yürüşü keçirməyə dair razılığa gəliblər. Aksiya zamanı etirazçılar müxalifətçilərin seçkilərdə iştirakının təmin edilməsi, Ukraynada müharibəyə son qoyulması, senzuranın ləğv edilməsi, güc strukturlarına büdcə xərclərinin azaldılması və s. şüarlar səsləndirməyə planlaşdırır.

Moskva meriyası aksiyanın keçirilməsinə icazə verməyib.

A. Navalnı bir müddət əvvəl “İv Roşe” (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb.
Diaspora