Braziliyalı həkimlər 13 aylıq İsis Eloa Ferreyra Alves adlı qızda nadir inkişaf anomaliyasını müəyyən ediblər.
Qaziler.az-ın məlumatına görə, New York Post xəbər verir ki, doğuş zamanı onun qeyri-adi sayda - dörd böyrəyi olduğu aşkarlanıb.
Qız qeysəriyyə əməliyyatı ilə vaxtından əvvəl doğulub. 5 aylıq olanda böyüyən və daxili orqanlarına təzyiq göstərən bir böyrəyini çıxarmaq üçün əməliyyat olunub. O, səhhətində problemlər yarandığı üçün həkimlərin uzunmüddətli müşahidəsindən keçməli olacaq.
Qız tez-tez ağciyərləri zəiflədiyi üçün pnevmoniyadan əziyyət çəkir. Ancaq anasının dediyinə görə, o, yaşıdı olan digər uşaqlarla eyni şəkildə inkişaf edir. Həkimlər bu anomaliyanın nadir olduğunu qeyd edirlər.
QAZİLER.AZ