Yunan mafiyasının üzvlərini öldürməkdə ittiham olunan iki gürcü saxlanılıb

Yunan mafiyasının üzvlərini öldürməkdə ittiham olunan iki gürcü saxlanılıb backend

Yunanıstanda iki gürcü yunan mafiyasının üzvlərini öldürməkdə ittiham edilərək saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə yunan mətbuatı xəbər verir.

Polisin məlumatına görə, saxlanılanlar İanis Skafturos, Vasili Rubetis və Dionis Muzakitisin qətlinin arxasındadırlar. Yanis Skafturos 2022-ci ilin aprelində, digər ikisi isə ötən ilin iyununda öldürülüb.

Ümumilikdə, polis yunan mafiyasının üzvlərinin qətli ilə bağlı 5 şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Onlardan ikisi saxlanılan gürcülər, ikisi nəfər xaricdədir və axtarışdadır, biri isə ağır cinayətə görə artıq cəza çəkir.

Yerli polis saxlanılanların törətdikləri digər mümkün cinayətləri araşdırır.

QAZİLER,AZ

Diaspora