NATO son on ilin ən böyük təlimini keçirəcək.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə yanvarın 18-də Alyansın Avropadakı birgə qüvvələrinin baş komandanı Kristofer Kavoli məlumat verib.
“Müdafiə planlarımızın həyata keçirilməsi daimi təlimləri əhatə edir. Buna görə də bu gün biz son on ilin ən böyük təlimi olan “Steadfast Defender 2024”ün gələn həftə başlanacağını elan edirik”, o, NATO Hərbi Komitəsinin iclasının yekununda bildirib.
Kavoli qeyd edib ki, təlimə 90 minə yaxın hərbçinin cəlb olunması planlaşdırılır. Təlimlər bir neçə ay davam edəcək.
QAZİLER.AZ