Göyərtəsində beş nəfərin olduğu “Eurocopter EC130” helikopteri oktyabrın 11-də İndoneziyanın Şimali Sumatra əyalətində itkin düşüb. Bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə İdarəsinin (Basarnas) rəhbərlərindən biri Heronimus Quru məlumat verib.
Oktyabrın 12-də “Jakarta Globe” qəzeti xilasediciyə istinadla bildirib ki, vəziyyət nəzarət altındadır.Basarnas-ın məlumatına əsasən, yerli “Penerbangan Angkasa Semesta” şirkətinə məxsus helikopterlə əlaqə Samosir adasından Şimali Sumatranın “Kuala-Namu” aeroportuna çarter reysi həyata keçirərkən enişə bir saat qalmış kəsilib.