Britaniyalı tarixçi Nil Ferqyuson Rusiya silahlı qüvvələrinin 2024-cü ildə Ukraynada həlledici irəliləyiş əldə edəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, o bu barədə Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, çoxları tarixin dərsini yadından çıxarıb və belə bir ssenariyə inanmaq istəməyiblər.
O, ABŞ-dən Kiyevə dəstəyin zəifləməsinə də diqqət çəkib.
“Qərbdə bir çoxları belə bir ssenarinin mümkünlüyünə inanmaq istəmədi və onlar tarix dərslərini də unuddular: silahlı münaqişənin birinci yarısında ruslar adətən zəif çıxış edirlər, ikincisində isə qalib gəlirlər”, - deyə Britaniyalı tarixçi xatırladıb.
QAZİLER.AZ