ABŞ və Böyük Britaniya qiyamçı hərəkatı “Ansar Allah” (Husi) nəzarətində olan Yəmən ərazisinə zərbələr endirir.
Bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
Xüsusilə, Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri hücuma məruz qalıb. “Al Hadath” telekanalının məlumatına görə, eyniadlı əyalətin inzibati mərkəzi Damar şəhərinin cənubunda yerləşən Əl-Qarn düşərgəsində husilərin hədəflərinə azı üç zərbə endirilib. Partlayış səsləri Hudeyda hava limanı yaxınlığında da eşidilib.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
ABC telekanalı isə rəsmilərə istinadən ABŞ-nin üsyançı “Ansar Allah” hərəkatının hədəflərinə yeni hücuma keçdiyini bildirib. Qeyd edilir ki, zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının tezliyinə cavab idi.