Pakistan İranla sərhədi bağlayıb, əraziyə qoşun yığıb

Pakistan İranla sərhədi bağlayıb, əraziyə qoşun yığıb backend

Pakistan İranla sərhədini bağlayıb və ora əlavə hərbi qüvvələr yerləşdirir.

Pakistan mediasına istinadən yayılan məlumatlara görə, ölkə rəsmiləri vətəndaşları sərhəd bölgəyə getməməyə çağırırlar.

İran isə Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində ordusunu tam döyüş hazırlığı vəziyyətinə gətirib və cavab gözləyir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Hüseyn Əli Cavadanfər İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.

Pakistanın “Ceyş əl-Ədl” (Ədalət Ordusu) qrupu bu axşam SEPAH karvanına, SEPAH-ın nəzarət-buraxılış məntəqəsinə və Saravan Korpusunun polkovnikini daşıyan avtomobilə hücum edib.

Hadisə zamanı İranın 3 təhlükəsizlik nümayəndəsi, o cümlədən bir SEPAH zabiti həlak olub.

Oxu.az

Diaspora