Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən və aclıq aksiyası keçirən Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski üçün həbsxanada məcburi qidalandırmaq əmri verilib.
Qaziler.az "Gazeta.ru"ya istinadla xəbər ki, bu barədə Prezident Anjey Duda Polşa televiziyasına bildirib.
“Bu gün mən cənab nazir Mariuş Kaminskinin həyat yoldaşından məlumat aldım ki, onun barəsində məcburi qidalanma qərarı çıxarılıb. Çünki onun düşdüyü vəziyyət həyatı və sağlamlığı üçün təhlükə yaratmağa başlayıb. Məhkəmə onu məcburi qidalandırmaq qərarına gəlib”, - Duda bildirib.
Qeyd edək ki, Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsik Dudanın olmadığı müddətdə Varşavada prezident sarayında saxlanılıblar. Kaminski və Vonsik vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
QAZİLER.AZ