Böyük Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcəyi üçün müvəqqəti olaraq dövlət vəzifələrindən geri çəkiləcək.
Qaziler.az bildirir ki, bu barədə Bukingem Sarayının bəyanatında deyilir.
“Hər il minlərlə kişidə olduğu kimi, kralın da genişlənmiş prostat vəzi üçün müalicə tələb olunur. Əlahəzrətin şişi xoşxassəlidir və o, gələn həftə digər prosedur üçün xəstəxanaya gedəcək. Kralın sağalması üçün onun ictimai vəzifələri qısa müddətə dayandırılacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlzın 75 yaşı var.
QAZİLER.AZ