Almaniya iqtisadiyyatı Ukraynaya maliyyə yardımı hesabına kifayət qədər vəsait almır.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu vitse-kansler və Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin rəhbəri Robert Habek Bundestaqda çıxışı zamanı deyib. Onun sözlərinə görə, obyektiv olaraq, artıq pul yoxdur.
“Biz Ukraynaya, eləcə də Ukraynanı dəstəkləməyə davam edən Avropa dövlətlərinə hərbi və iqtisadi dəstək veririk. Ona görə də biz pul xərcləyirik, bu pul artıq yoxdur və etiraf etmək lazımdır ki, o, bizim iqtisadiyyatımıza daxil olmur”, - deyə Habek bildirib.
Nazir həmçinin vurğulayıb ki, Almaniya iqtisadiyyatı Rusiya qazından imtina etməklə rəqabət üstünlüyünü itirib. Bu səbəbdən, ölkədə elektrik enerjisi tarifləri artıb.
QAZİLER.AZ