Çin Tayvanla bağlı ABŞ-yə ÇAĞIRIŞ etdi

Çin Tayvanla bağlı ABŞ-yə  ÇAĞIRIŞ etdi backend

Birləşmiş Ştatlar ÇXR ilə qarşılıqlı razılaşmalara hörmət etməli və Tayvanda separatçılara dəstəyi dayandırmalıdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Çinin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çen Binxua deyib.

“Biz ABŞ-ı “vahid Çin” prinsipinə və ÇXR ilə ABŞ arasında üç birgə kommünikeyə əməl etməyə, “Tayvanın müstəqilliyini” dəstəkləməmək öhdəliyini yerinə yetirmək üçün konkret addımlar atmağa və separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırırıq”, - o deyib.

O, Tayvan məsələsinin Çinin milli maraqlarının əsasını təşkil etdiyini və ABŞ-la ikitərəfli münasibətlərin ən həssas aspekti olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora