Çinin baş naziri Zelenski ilə görüşməkdən imtina edib

Çinin baş naziri Zelenski ilə görüşməkdən imtina edib backend

Çin Ukraynanın Davosda Çinin Baş naziri Li Çian və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirmək istəyini rədd edib.

Qaziler.az bildirir ki, məlumatı “Politico” qəzeti mənbələrə istinadən yayıb.

Diplomatlar bildiriblər ki, Çin rəsmisi Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə olub və Zelenski ilə “qəsdən və əvvəlcədən planlaşdırma problemlərinə görə” görüşməyib.

Qeyd olunur ki, Kiyev nümayəndələri Çin rəsmiləri ilə ünsiyyət qurmaq istəklərini gizlətməyiblər. Lakin Zelenski “istədiyinə nail olmadan evə gedib”.

QAZİLER.AZ

Diaspora