Tramp Ağ Evi qocalar evi ilə müqayisə edərək Baydeni ələ saldı - VİDEO

Tramp Ağ Evi qocalar evi ilə müqayisə edərək Baydeni ələ saldı - VİDEO backend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evi qocalar evinə bənzədərək, ABŞ-ın hazırkı lideri Co Baydeni ələ salıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, müvafiq video yanvarın 12-də siyasətçinin sosial şəbəkəsində yerləşdirilib.

“Qocalar evi Ağ Evi sakinləri özlərini evdəki kimi hiss edir. Bizim müəssisəmiz gözəl əyləncələr və gəzintilər, 24 saat peşəkar qulluq və evdə hazırlanmış yeməklər təklif edir”, - cizgi filmində deyilir.

Videoda kadr arxasındakı səs bu cür müssisədə kadrda pizza yeyən Co Bayden görünür.

Co Bayden “qocalar evinin” əsas sakini kimi təqdim olunur. O, "bütün italyan yeməklərini" yediyini bildirir. 

"Sakinlərin özlərini prezident kimi hiss etdikləri Ağ Evdə qocalar üçün yüksək səviyyəli mənzil", - reklam şüarında deyilir.

QAZİLER.AZ

Diaspora