Makron Fransanın husilərə qarşı zərbələrə niyə qoşulmadığını açıqlayıb

Makron Fransanın husilərə qarşı zərbələrə niyə qoşulmadığını açıqlayıb backend

Fransa regionda eskalasiyanın qarşısını almaq üçün Yəməndə husilərə zərbə endirməkdə ABŞ və İngiltərəyə qoşulmamaq qərarına gəlib.

Qaziler.az  RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Qırmızı dənizdəki vəziyyətlə bağlı Fransa müdafiə mövqeyindən çıxış edir və bu hərəkətlər üçün əsas yaradır", - Fransa prezidenti mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkənin silahlı qüvvələri regionda vəziyyəti gərginləşdirməmək üçün Yəməndəki husi bazalarına zərbələrə qoşulmayıb. O, həmçinin əlavə edib ki, son günlər Fransa ordusu bir neçə dəfə Qırmızı dənizdə Norveç gəmilərinə doğru uçan raketlərin tutulmasında iştirak edib.

mənbə:

QAZİLER.AZ

Diaspora