ABŞ-ın Suriyadakı hərbi bazası şiələrin hücumlarına görə boşaldılıb

ABŞ-ın Suriyadakı hərbi bazası şiələrin hücumlarına görə boşaldılıb backend

“İraqın İslam Müqaviməti” şiə hərəkatının dəstələri ABŞ-ın Suriyadakı “Hemo” hərbi bazasına zərbələr endirməkdə davam edir. Buna görə də bazadakı insanlar təxliyə olunur.

Qaziler.az bildirir ki, bu barədə Tasnim mənbələrə istinadən xəbər verir.

Qeyd olunur ki, şiə hərəkatı ABŞ-ın Suriyadakı “Hemo” hərbi bazasına dəfələrlə hücumlar təşkil edir. Bu səbəbdən baza əməkdaşları təxliyə edilməli olub.

Bundan əvvəl İranın ABŞ-ın İraqdakı hədəflərinə hücum etdiyi bildirilirdi. Amerikanın Ərbildəki konsulluğu, Amerika hərbi bazası və beynəlxalq hava limanı, həmçinin İsrail və Mossad ilə əlaqəli bəzi obyektlər atəşə tutulub.

QAZİLER.AZ

Diaspora