NATO-nun baş katibi Yens Stoltenberq alyansı tarixin ən uğurlusu adlandırıb. Bundan əlavə, o, mövcud birliyi qorumaq üçün mümkün varisinə müraciət edib.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verir.
“NATO tarixin ən uğurlu ittifaqıdır, çünki fikir ayrılıqlarına, fərqli siyasi partiyalara, fərqli coğrafiyalara baxmayaraq biz əsas məqsəd üçün birləşə bildik”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, alyansa üzv ölkələrin hazırkı birliyini qorumaq üçün hər cür səy göstərilməlidir.
QAZİLER.AZ