Finlandiya hökuməti fevralda da Rusiya ilə sərhəddə keçid məntəqələrini açmağı planlaşdırmır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Finlandiya hökuməti hətta sərhəd probleminin daimi və ya uzunmüddətli həllini tapmağın mümkün olduğuna əmin deyil.
Hökumət həmçinin Finlandiyanın şərq sərhədini keçən miqrantların sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq niyyətində olub-olmaması barədə hələ qərar verməyib.
QAZİLER.AZ