Vaşinqton polisi bir nəfərin üzərinə yanar maye töküb onu yandıran şəxslə bağlı məlumat üçün 10 min dollar mükafat təyin edib.
Qaziler.az bildirir ki, bu barədə "ABC News" xəbər verib.
"Metropoliten Polis Departamenti zorakı cinayətə görə məsuliyyət daşıyan şəxsin və ya şəxslərin tutulmasına və məhkum edilməsinə səbəb olacaq məlumat verən hər kəsə 10,000 dollara qədər mükafat təklif edir", - məlumatda deyilir..
Hadisə yanvarın 15-də günortadan sonra Kapitolidən 1,6 kilometr şimalda baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs qurbanına tezalışan maye töküb və sonra onu yandırıb. Zərərçəkmiş ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Cinayətkar hadisə yerindən qaça bilib.
QAZİLER,AZ