Polşa daşıyıcıları yanvarın 16-da Krakovets və "Rava-Russkaya" keçid məntəqələri qarşısında sərhədi bağlamağı dayandırıblar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Polşa daşıyıcıları "Krakovets" və "Rava-Russkaya" keçid məntəqələri qarşısında sərhədin bağlanmasını başa çatdırıblar. Hər iki istiqamətdə yük maşınlarının qeydiyyatı və sərhəddən keçirilməsi adi qaydada həyata keçirilir", - sərhədçilər bildirib.
İdarədən qeyd olunub ki, sərhədçilər nəzarət xidmətlərinin əməkdaşları ilə birlikdə maksimum sayda yük avtomobillərinin keçidini təmin etməyə imkan verən iş rejimində işləyirlər.
O da məlumdur ki, hazırda bu keçid məntəqələrinin qarşısında 700-ə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyir.
QAZİLER.AZ