Avropa İttifaqına daxil olan ölkələr gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizə göndəriləcək hərbi-dəniz missiyasının yaradılmasını şərti olaraq təsdiqləyiblər.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” mənbəyə istinadən xəbər verir.
Missiyanın bu il fevralın 19-dək yaradılacağı gözlənilir. O, gəmilərini Yəməndən olan üsyançı hərəkat "Ənsar Allah" (Husi) tərəfindən artan hücumlardan qorumaq niyyətində olan digər ölkələrlə birlikdə işləyəcək.
Xatırladaq ki, husi üsyançılarıı Qəzza zolağında fələstinlilərə dəstək əlaməti olaraq Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücum etməyə başlayıb. Buna cavab olaraq ABŞ və Böyük Britaniya şimali Yəmənin şəhərlərinə zərbələr endirməyə başlayıb.
QAZİLER.AZ