“LG” elektrikli avtomobillər üçün şarj cihazları istehsal edəcək

“LG” elektrikli avtomobillər üçün şarj cihazları istehsal edəcək backend

“LG” Texas ştatının Fort-Uort şəhərində elektrikli avtomobillər üçün şarj doldurma cihazları istehsal edəcək ilk zavodunu açıb.

Qaziler.az “Ferra.ru”ya istinadla xəbər verir ki, zavod ildə 10.000-ə qədər şarj cihazı istehsal etmək qabiliyyətinə malikdir.

“LG” artıq 11 kVt gücünə malik ev şarj cihazlarının hazırlanmasına başlayıb və 2024-cü ilin birinci yarısında 175 kVt gücündə sürətli şarj cihazlarının istehsalına başlamağı planlaşdırır. Şirkət həmçinin kommersiya səyahətləri və şəhərlərarası nəqliyyat üçün nəzərdə tutulacaq 350 kVt-lıq ultrasürətli şarj alətlərinin istehsalına da başlamağı planlaşdırır.

QAZİLER.AZ

Diaspora