“ChatGPT” kimi generativ süni intellekt bəzi mütəxəssislərin məhsuldarlığını artırır, lakin onun tam miqyasda tətbiqi geniş tənzimləyici inkişaf tələb edir.
Qaziler.az bildirir ki, bu barədə“Gazeta.ru” xeyriyyəçi və “Microsoft”un qurucusu Bill Qeytsin Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda dediyi sözlərə istinadən məlumat yayıb.
Qeytsin sözlərinə görə, generativ süni intellektin yaranması bəzi sahələrdə insan məhsuldarlığında əhəmiyyətli irəliləyişlərə səbəb olub. Məsələn, proqramçılar səmərəliliyin 50%-ə qədər artdığını qeyd edirlər. Süni intellekt gündəlik kodlaşdırma tapşırıqlarının həllinin öhdəsindən yaxşı gəlir.
Milyarder həmçinin vurğulayıb ki, süni intellekt hüquqi aspektlər baxımından inteqrasiyaya doğru uzun yol getməli olacaq.
Qeyts insanların süni intellekt tərəfindən yaradılan məzmunun 2024-cü il ABŞ seçki kampaniyasına mane olması ilə bağlı narahatlıqlarını da şərh edib. Onun fikrincə, bu mümkündür, lakin çox güman ki, süni intellektin prosesə bu təsiri əhəmiyyətsiz olacaq.
QAZİLER.AZ