Rusiyalı milyarder qar uçqunu altında qalaraq ölüb - FOTO

Rusiyalı milyarder qar uçqunu altında qalaraq ölüb - FOTO backend

Rusiyalı milyarder və Rusiya Federasiyasında “Apple” avadanlıqlarının ən böyük resellerlərindən biri olan “iPor”un daxil olduğu “NBCOM Group”un təsisçisi Andrey Godunov Murmansk vilayətində gəzinti zamanı dünyasını dəyişib.

Qaziler.az bu barədə “Baza” teleqram kanalına istinadla xəbər verir. Kanalın məlumatına görə,  iş adamı uçqun altında qalıb.

48 yaşlı Qodunovun meyiti 54 yaşlı iş adamı İqor Slonski ilə birlikdə Xibinidə Petrelius dağında Ramzai dərəsi yaxınlığında tapılıb. Qeyd olunur ki, onlar qeydiyyatı olmayan turist qrupu ilə qar avtomobilinə minərkən qar uçqunu onların üzərinə gəlib. Hər iki iş adamı yerindəcə keçinib.

QAZİLER.AZ

Diaspora