“Niderlandda Quranın yandırılması qadağan edilmir”.
Qaziler.az "De Telegraaf" qəzetinə istinadən xəbər verir ki, bunu Hollandiyanın Arnhem şəhərinin meri Əhməd Markuş İslam əleyhinə “Pegida” hərəkatının lideri Edvin Vaqensveldin hərəkətini şərh edərkən deyib.
“Hollandiyada Quranın yandırılması qadağan edilmir və buna görə də nümayiş etmək hüququna malikdirlər. Bu barədə rəy və ya hərəkətlər nə qədər etiraz doğursa da, belə bir vəziyyətdə bələdiyyə sədrinin görəcəyi ən doğru şey qanuna əməl etməkdir”, - deyə Markuş bildirib.
Qeyd edək ki, ötən il Stokholm polisi Qurban bayramının ilk günü şəhər məscidinin yaxınlığında Quranın yandırılması aksiyasına icazə vermişdi. Polis bunu aprelin əvvəlində hökumətin müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı nümayişlərə qoyduğu qadağanı ləğv edən məhkəmə qərarına istinad edib. Polis həmçinin etirazlar zamanı iğtişaşların qarşısını almaq üçün ölkənin hər yerindən əlavə qüvvələr çağırmişdı.
QAZİLER.AZ