“Müharibə bitdikdən sonra Qəzzanı fələstinlilər idarə edəcək”- Qallant

“Müharibə bitdikdən sonra Qəzzanı fələstinlilər idarə edəcək”- Qallant backend

“Radikalların İsrailə qarşı təhlükəsi aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunacaq”.

Bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant televiziyada çıxışı zamanı deyib.

“Qəzza zolağında fələstinlilər yaşayır və gələcəkdə onlar idarəetmədə iştirak edəcək. Qəzzanın gələcək hökuməti İsrail üçün təhlükə yaratmayan qüvvələr olmalıdır. Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir”, - Qalant deyib.

Qeyd edək ki, yanvarın 14-də Qallant İsrail hökumətini 2007-ci ildən Qəzza zolağına rəhbərlik edən HƏMAS hərəkatına alternativ İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının mövqeyini gücləndirmək üçün tədbirlər görməyə çağırıb.

Diaspora