İran Ərbildəki ABŞ hərbi bazasına zərbələr endirib

İran Ərbildəki ABŞ hərbi bazasına zərbələr endirib backend

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalı məlumat yayıb.

Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.

loading...
Diaspora