İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə Fələstin anklavının cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qallant xalqa müraciəti zamanı deyib.
Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatın lap əvvəlində İsrail hakimiyyəti onun həyata keçirilməsi üçün vaxt çərçivəsini müəyyənləşdirib. Yəhudi dövlətinin rəhbərliyi Fələstin anklavında intensiv quru manevrlərinin təxminən üç aya yaxın davam edəcəyini açıqlayıb.
“Anklavın şimalında bu mərhələ başa çatıb. Anklavın cənubunda da biz buna nail olacağıq və bu mərhələ tezliklə başa çatacaq”, - QaLlant vurğulayıb.
QAZİLER.AZ