Enrike İqlesiasın atası çamadanında yemək daşıdığına görə saxlanılıb - FOTO

Enrike İqlesiasın atası çamadanında yemək daşıdığına görə saxlanılıb - FOTO backend

Hüquq-mühafizə orqanlarının əməkdaşları ispan müğənni Xulio İqlesiası Dominikan Respublikasının şərqindəki Punta Kana beynəlxalq hava limanında saxlayıblar.

Qaziler.az bildirir ki, bu barədə ABC qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ifaçı ölkəyə Baham adalarından təyyarə ilə gəlib. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları sənətçinin çantalarında 40 kq-dan çox təzə yemək tapıblar.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Dominikan Respublikasının qanunvericiliyi ölkəyə təzə məhsulların idxalını qadağan edir. Bununla bağlı hava limanının gömrükçüləri 80 yaşlı müğənnini və onu müşayiət edən şəxsləri bir neçə saat saxlayıb.

Lakin sonradan İqlesias və onunla gələnlər sərbəst buraxılıblar. Hadisəylə bağlı dövlətin ən yüksək vəzifəli şəxsləri - mədəniyyət naziri Milaqros German Olalla və Prezident Aparatının əməkdaşları vəziyyətə müdaxilə etməli olublar.

Qeyd edək ki, Xulio İqlesias 23 sentyabr 1943-cü ildə Madriddə anadan olub. Karyerası ərzində o, 80-dən çox musiqi albomu çıxarıb və bəstələrinin 300 milyon nüsxəsini satıb. Həmçinin ifaçı digər məşhur ispan müğənni Enrike İqlesiasın atasıdır.

QAZİLER.AZ

Diaspora