Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan evə buraxılıb

Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan evə buraxılıb backend

Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

Qaziler.az xəbər verir ki, Pentaqonun verdiyi məlumata görə, hələlik o, evdən işləyəcək.

“Dövlət katibi sağalmaqda davam edir və həkimlərin məsləhəti ilə Pentaqona tam qayıtmazdan əvvəl bir müddət öz vəzifələrini uzaqdan yerinə yetirəcək. Onun lazımi imkanlara və təhlükəsiz kommunikasiyaya tam çıxışı var" – Pentaqondan açıqlanıb.

Xatırladaq ki, yanvarın 1-dən Prostat xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ostin xəstəxananın özəl bölməsinə köçürülməzdən əvvəl reanimasiya şöbəsində qalıb.

QAZİLER.AZ

Diaspora