Rusiya 3-5 il sonra Avropaya hücum edə bilər - Estoniya

Rusiya 3-5 il sonra Avropaya hücum edə bilər - Estoniya backend

"Rusiyanın NATO-nun şərq cinahına ciddi təhlükə yaratmasına hazırlaşması üçün Avropanın 3-5 il vaxtı var".

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu fikirləri Estoniyanın Baş naziri Kaja Kallas “The Times” qəzetinə deyib.

Qeyd olunub ki, söhbət NATO qoşunlarının gücünü bərpa edən Rusiya qoşunları ilə qarşıdurmaya nə qədər tez hazır ola biləcəyindən gedir.

“Kəşfiyyatımızın hesablamalarına görə, bu, üç-beş ildən sonra baş verəcək. Bu bizim Ukrayna ilə bağlı mövqeyimizin birliyini nə qədər qoruyub saxlamağımızdan çox asılı olacaq”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Estoniya Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri bəyənib. Bunu ölkə başçısı Alar Karis ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

QAZİLER.AZ

Diaspora