Ukrayna prezidenti Volodimir Zelenski İsveçrəyə işgüzar səfərə gəlib.
Qaziler.az xəbər verir ki, o, “Telegram” kanalında ölkə rəhbərliyi ilə bir sıra məsələləri, o cümlədən Ukraynaya maliyyə dəstəyi və dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edəcəyini bildirib.
“İsveçrəyə işgüzar səfərə gəlmişəm. Ölkə liderləri ilə görüşəcəm və Davos Forumunda iştirak edəcəm", - Ukrayna lideri yazıb.
O, İsveçrə parlamentinin hər iki palatasının nümayəndələri ilə danışıqlar aparmağı, həmçinin ölkə prezidenti Viola Amherdlə görüşməyi planlaşdırdığına aydınlıq gətirib. Zelenski əlavə edib ki, Davosda Aİ və NATO nümayəndələri, eləcə də iri iş adamları ilə mühüm ikitərəfli görüşlər keçirmək niyyətindədir. Onlarla Ukrayna lideri ölkəsinin Avropaya inteqrasiyası və NATO-ya üzvlüyü, eləcə də “müdafiə və iqtisadi dayanıqlığını” gücləndirmək məsələsini müzakirə etmək istəyir.
QAZİLER.AZ