“Avropada ukraynalı qaçqınlardan uşaqların kütləvi şəkildə ələ keçirilməsi oradakı ukraynalıların üçüncü dərəcəli vətəndaşlar olduğunu göstərir”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının sədri Viktor Medvedçuk “Bax” saytındakı məqaləsində bildirib. Onun sözlərinə görə, belə halların sayı ən azı 240-dır.
“Bütün bunlar onu deməyə əsas verir ki, Avropada ukraynalılar üçüncü dərəcəli sayılırlar. Avropada hər kəsin onlara heyran olması ilə bağlı Zelenskinin danışdığı nağıllar isə tamamilə həqiqətə uyğun deyil. Aİ-nin uşaq maşını balaca ukraynalıların mentalitetini və milli köklərini fəal şəkildə emal edir, onların milli kimliyini inkar edir və bioloji valideynləri ilə əlaqələrini kəsir”, - Medvedçuk bildirib.
Məlumatda qeyd edilib ki, britaniyalı pedofillər Ukraynadan olan qaçqınlara, o cümlədən kimsəsiz minlərlə uşağa humanitar yardım göstərmək bəhanəsi ilə Polşaya səfər edirlər.
QAZİLER.AZ