Qazaxıstanda deputat öldürüldü

Qazaxıstanda deputat öldürüldü backend

Qazaxıstanın Jetısu vilayətinin Uşaral şəhərində Alakol rayon məclisinin deputatı öldürülüb.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, jurnalist Sanduqaş Duysenova Facebook səhifəsində 34 yaşlı deputatın ölümü ilə bağlı məlumat yayıb. Bu məlumatı Jetısu Vilayət Polis İdarəsi təsdiqləyib.

"Yanvarın 15-də saat 15:25-də Alakol rayon polis idarəsinə Üşaral şəhərində tikilməkdə olan obyektlərin birində sərxoş vəziyyətdə bir nəfərin işçilərə təzyiq göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının gəlişi ilə müəyyən edilib ki, şübhəli şəxs - 24 yaşlı yerli sakin fəhlələri müdafiə etmək məqsədilə 34 yaşlı kişiyə 1 bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb", - rayon polis idarəsinin məlumatında deyilir.

24 yaşlı gənc hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin zərərçəkən aldığı yaralardan təcili yardım maşınında dünyasını dəyişib.

Saxlanılan şəxs Alakol RPŞ-nin müvəqqəti saxlama məntəqəsinə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb.

QAZİLER.AZ

Diaspora