Bolqarıstanda məktəb dərslikləri ölkə tarixinin tam mənzərəsini əks etdirmir; Rusiya İmperiyasını və Sovet İttifaqını müsbət tərəfdən göstərir.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Nikolay Denkov deyib.
“Əgər dərsliklərdən danışırıqsa, tarixi olduğu kimi təqdim etmək lazımdır. Dərsliklərimizdə mən bu barədə dəfələrlə danışmışam, tariximizin yalnız bir hissəsi təqdim olunub ki, bu da Rusiya və Sovet İttifaqını müəyyən [müsbət] prizmadan təqdim edir”, - deyə siyasətçi qeyd edib.
Onun fikrincə, “əsl tarix” gənc nəsil üçün müəyyən obraz yaratmaq üçün “təmizlənmiş” başqa elementləri də ehtiva edir. Xüsusilə, Denkov 1878-ci il San-Stefano Sülh Müqaviləsinin bağlanma tarixinə aid sənədlərin dərsliklərə əlavə edilməsinə çağırıb:
"San Stefano müqaviləsi 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinə son qoyan sülh müqaviləsidir və bunun nəticəsində Bolqarıstan faktiki olaraq Osmanlı İmperiyasından müstəqillik qazanmışdır. Bu gün müqavilənin bağlanma tarixi Bolqarıstanın milli bayramı sayılır və dövlətçiliyin bərpası günü kimi qeyd olunur".
QAZİLER.AZ