Polşa öz ərazisində alman qoşunlarının yerləşdirilməsinə heç bir etirazı yoxdur.
Qaziler.az bildirir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib.
"Əgər almanlar Litvada olduğu kimi Polşada da NATO-nun şərq cinahını gücləndirmək istəyirlərsə, xoş gəliblər", - diplomat deyib. Şeyna qeyd edib ki, şərq sərhədlərində hərbi əməliyyatlar kontekstində Polşa müttəfiqlərindən istənilən yardım və əməkdaşlığı alqışlayır.
Hazırda ölkədə on minə yaxın Amerika əsgəri var.
QAZİLER.AZ