Şotlandiyanın Edinburq şəhərində Fələstinə dəstək yürüşündə bir qadın avtomobili nümayişçilərin üzərinə sürüb. Yaralılar olsa da, etirazçıları əzməyə çalışan qadın həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şotlandiya polisi heç kimin tibbi yardıma ehtiyac duymadığını və 70 yaşlı qadının həbs olunduğunu və sürücülüklə bağlı cinayətdə ittiham olunduğunu bildirib.
Sosial mediada yayılan fotolarda şənbə günü günortadan sonra şəhərin mərkəzindəki The Mound-da etirazçılar və polis məmurlarının əhatəsində qara rəngli "Seat Leon" əks olunub.
"Şənbə günü saat 14:30 radələrində Edinburqun Ramsay Lane bölgəsində bir avtomobilin və az sayda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyindən xəbərdar olduq", polisin məlumatında deyilir.
Nümayiş London və Dublində də daxil olmaqla şənbə günü Böyük Britaniya və İrlandiyada keçirilən bir neçə Fələstin tərəfdarı etiraz aksiyalarından biri idi.
QAZİLER.AZ