Davosda Ukrayna-Rumıniya danışıqları başladı

Davosda Ukrayna-Rumıniya danışıqları başladı backend

Ukrayna Davosda Rumıniya ilə ikitərəfli təhlükəsizlik sazişinin bağlanması üzrə danışıqlara başlayıb

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Davosda danışıqlar Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fotanın iştirakı ilə baş tutub.

Qeyd olunur ki, Rumıniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik danışıqlarına başlayan 9-cu ölkə olub və bir daha Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə, eləcə də onun Avropa və Avro-Atlantik yoluna sarsılmaz dəstəyini təsdiqləyib.

Diaspora