Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror aktı zamanı dünyasını dəyişənlər son mənzilə yola salınıblar. APA TV-nin məlumatına görə, hadisə zamanı ölənlərdən 75-nin kimliyi müəyyən olunaraq cənazələri ailələrinə təhvil verilib. Onlardan biri Əmək Partiyasının üzvü Korkmaz Tedikin cənazəsi Batıkent məscidində təşkil olunan mərasimdən sonra Ankarada torpağa tapşırılıb.
Mərasimə qatılan HDP başqanı Səlahəddin Dəmirtaş ötən gecə 90-dan çox cənazənin ailələrinə təhvil verildiyini bildirib.Digər yandan, "Reuters" xəbər agentliyi Türkiyə Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən "Əmək, Barış və Demokratiya Mitinqi"indən əvvəl törədilən bombalı hücumunda İŞİD izinin olduğu ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, Baş Nazirliyin Koordinasiya Mərkəzindən açıqlanan son məlumata görə, xəstəxanalarda 65-i ağır olmaqla 160 yaralının müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 10-da Ankarada "Əmək, Barış və Demokratiya Mitinqi"indən əvvəl törədilən iki partlayışda 95 nəfər ölüb, 246 nəfər yaralanıb.