Netanyahu bildirdi: Bu dəhliz bağlanmayana qədər müharibə davam edəcək

Netanyahu bildirdi: Bu dəhliz bağlanmayana qədər müharibə davam edəcək backend

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Misirlə Qəzza arasındakı sərhəd bağlanana qədər HƏMAS-a qarşı müharibəni bitmiş hesab etməyəcək.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Biz HƏMAS-ı məhv edəcəyik, Qəzzanı demilitarizasiya edəcəyik, lakin hərbi texnika və digər ölümcül silahlar bu cənub keçidindən axmağa davam edəcək, ona görə də təbii ki, biz onu bağlamalıyıq”, - deyə telekanal İsrailin baş nazirinin sözlərindən sitat gətirib.

CNN izah edir ki, Netanyahu Misir və Qəzza sərhədində bufer zona kimi xidmət edən 14 kilometr uzunluğundakı Filadelfiya dəhlizini nəzərdə tutur. İsrail deyir ki, onun blokadası israilliləri HƏMAS-dan qorumaq üçün həyati əhəmiyyət kəsb edir

Diaspora