Britaniya Yəmənə qarşı növbəti hücum planlarından danışıb

Britaniya Yəmənə qarşı növbəti hücum planlarından danışıb backend

Britaniya Yəməndə husilərin mövqelərinə yeni zərbələr endirməyi planlaşdırmır.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” Britaniya baş nazirinin nümayəndəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, yanvarın 15-də baş nazir Rişi Sunak Yəmənə hücumlarla bağlı parlamentdə açıqlama verəcək. Eyni zamanda, Sunak hücumların məqsədəuyğunluğu ilə bağlı parlamentdə səsvermə keçirməyə hazırlaşmır. Baş nazirin sözçüsü deyib ki, hökumətin hava hücumları üçün parlamentdən icazə istəmək kimi hüquqi öhdəliyi yoxdur.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərin “Ənsar Allah” hərəkatının 16 hədəfinə 60-dan çox zərbə endirib.

QAZİLER.AZ

Diaspora