Keniya Dövlət Komitəsinin rəsmi nümayəndəsi Hüseyn Məhəmməd minlərlə afrikalını Rusiyada işlə təmin etmək qərarına gəldiklərini bildirib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsində məlumat yayıb.
Nəşr qeyd edir ki, ölkələr on min Keniya vətəndaşının işlə təmin olunması üçün şərait yaratmaq barədə razılaşıblar, lakin onların hansı sənayedə çalışacaqlarını dəqiqləşdirməyiblər.
Bundan əlavə, məlum olub ki, Afrika ölkəsi keniyalılar üçün kənd təsərrüfatı sahəsində 30 min iş yerinin ayrılacağı İsraillə, həmçinin Serbiya ilə (tikinti və xidmət sektorunda 20 min iş yeri) oxşar müqavilələr bağlayıb. Həmçinin 2,5 min afrikalı tibb işçisi Səudiyyə Ərəbistanı tərəfindən qəbul ediləcək və daha 250 min müxtəlif işçi Almaniyaya gedəcək.
QAZİLER.AZ