Rusiyada yazıçı Akunin xarici agent kimi tanınıb

Rusiyada yazıçı Akunin xarici agent kimi tanınıb backend

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin saytında qeyd edildiyi kimi, yazıçı Boris Akunin və jurnalist Aleksandr Minkin xarici agentlərin reyestrinə daxil edilib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, siyahıya "Xolod" onlayn portalı da daxil edilib.

“Çxartişvili (Qriqori, əsl adı Akunin) Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, Rusiya Federasiyası, eləcə də Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb. O, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün vəsaitin toplanması tədbirlərində iştirak edib”, - idarədən bildirilib.

İki dəfə “Rusiyanın Qızıl Qələmi” mükafatının qalibi olan Minkin xarici agentlər və xarici media tərəfindən təqdim olunan informasiya platformalarında keçirilən sorğularda iştirak etdiyi üçün reyestrə daxil edilib. Ədliyyə Nazirliyinin məlumatına görə, o, Rusiya hakimiyyətinin qərarları barədə yalan məlumatlar dərc edib və hərbi əməliyyatlara qarşı çıxıb.

QAZİLER.AZ

Diaspora